53 yaşlı kişi ov tüfəngi ilə öldürüldü

16:50 01.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Noyabrın 1-də saat 16 radələrində Xəzər rayonu Şağan qəsəbəsi ərazisində 1970-ci il təvəllüdlü Abdullayev Cavanşir Ruhulla oğlunun ov tüfəngi ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

 

DİN-in mətbuat xidmətindən hafta.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.


Əlavə məlumat veriləcək.